Azərbaycan Yüksəliş Partiyası (AY) başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə AY Partiya sədrinin özü açıqlama yayıb.
“Bu gün Ankaraya səfərim var idi. Ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hal-hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb,” -deyə partiya rəhbəri bildirib.
A.Əsədli deyib ki, bunun kiçik bi məmur yanlışlığı olmasına ümid edir: “Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman mediaya və beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək”.
“AzPolitika.info”


Şərhlər