Menu

Erməni hərbçinin çətin anı

13.11.2014, 13:53
Erməni hərbçinin çətin anı

Müdafiə nazirinin birinci müavini David Tonoyan qaçmağa məcbur olub

“Məsələ ilə bağlı artıq-əksik yazmaq lazım deyil”.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Ağdamda Ermənistan helikopterinin vurulması xəbərini şərh edərkən bildirib.

Bu gün hökumət binasında erməni jurnalistlərlə qarşılaşan Tonoyan məsələ ilə bağlı bu açıqlamanı verdikdən sonra binadan çıxıb.

O, sərt şəkildə jurnalistlərə arxası ilə gəlməməyi də buyurub və heç bir suala cavab verməyəcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol