Menu

“Azərbaycan bütün dövrlərdə İranla əlaqələrin inkişafında maraqlı olub...” - Hikmət Hacıyev

20.11.2022, 20:56
“Azərbaycan bütün dövrlərdə İranla əlaqələrin inkişafında maraqlı olub...” - Hikmət Hacıyev

“İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Agentliyin “İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikasının xalqını “gözümüzün işığı” adlandırıb və son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib. Bu barədə nə deyərdiniz?” sualına cavabında Hikmət Hacıyev deyib:

“Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik.

Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib.

Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.

Şərhlər

t.ədalət 2022-11-21 11:56:33

İrana münasibətdə Hikmət Hacıyevin fikirləri doğru deyil.İran,tarixən həmişə Azərbaycanın düşməni olub.Bu gün iranda yüzlərlə azərbaycanlı qətlə yetirilir,milli ayrı-seçkiliyin qurbanı olur.Fars-erməni birliyi cəlladları günahsız gəncləri və körpələri qətlə yetirir.Eyni ilə,İraqda rusların türkmənləri öldürdüyü proseslər gedir....Ümidimiz qardaş Türkiyəyədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol