Menu

Macarıstanın Baş naziri Ukrayna ərazilərinə iddia edir - Səfir XİN-ə çağırıldı (FOTO)

22.11.2022, 14:43
Macarıstanın Baş naziri Ukrayna ərazilərinə iddia edir - Səfir XİN-ə çağırıldı (FOTO)

Macarıstan səfiri İştvana İydyarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.

Buna səbəb kimi Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ərazilərinin Macarıstana aid olduğunu əks etdirən şərfdən istifadə etməsidir.

Xatırladaq ki, V.Orban daha əvvəl Macarıstan və Yunanıstan milli komandaları arasında Budapeştdə keçirilən matçda “Böyük Macarıstan” xəritəsini əks etdirən şərflə görünüb. Həmin xəritəyə görə, indiki Serbiya və Ukraynanın bölgələri də Macarıstana daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol