Fransa Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana verməkdən imtina edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə erməni mediasının sorğusuna Baş Prokurorluğun cavabında deyilir.
Cavabdan belə çıxır ki, İrəvan təxminən bir ay əvvəl Parisdən rədd cavabı alıb. Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə İdarəsindən Ermənistan XİN-ə bildirilib ki, 5 ay əvvəl məhkəmə sistemi Xaçatryanın ekstradisiyası ilə bağlı müraciətə mənfi rəy verib. Bu qərar Ekstradisiya haqqında Avropa Konvensiyasına əsaslanır, ona görə ki, Xaçatryanın ekstradisiyası onun üçün son dərəcə ağır nəticələr verə bilər.
Ermənistan Prokurorluğu Fransa məhkəmə orqanlarının rəyində hansı ağır nəticələrin qeyd olunduğunu dəqiqləşdirməyib.
“Transparency İnternational” qeyri-hökumət təşkilatının hüquqşünası Hayk Martirosyanın fikrincə, bu imtinanın təkcə hüquqi deyil, həm də siyasi çalarları ola bilər. “Onlar riskləri görürlər. Parisdə bu prosesin sırf qanuni olduğuna əmin deyillər. Onlar hər şeyin altında siyasi kontekst axtaırırlar. Bu, indiki hakimiyyətin apardığı siyasətin nəticəsidir. Başqa dövlətlər deyəsən, ədalətli hüquq-mühafizə siyasətinin həyata keçirilmədiyini, bütün diqqətin keçmiş məmurların üzərində cəmləndiyini görürlər. Buna baxmayaraq, qeyd etməliyəm ki, bu, heç də o demək deyil ki, keçmiş hökumətlə bağlı heç bir cinayət yoxdur”, - Martirosyan bildirib.
“AzPolitika.info”


Şərhlər