Menu

Məhəmməd peyğəmbərin evi plana düşüb - FOTO

13.11.2014, 15:11
Məhəmməd peyğəmbərin evi plana düşüb - FOTO

İndependent qəzeti yazır ki, Məkkədə tikinti planı Məhəmməd peyğəmbərin anadan olduğu binanı dağıtmağı,onun yerində saray, lüks alış-veriş mərkəzləri tikməyi nəzərdə tutur.

Vaşiqntondakı Körfəz İnstitutunun məlumatına görə, bu planla Məkkənin 1000 ildən çox yaşı olan binalarının 95 faizi dağılacaq. Qəzet yazır ki, Məkkədə yüzlərlə tarixi abidə artıq sökülüb. Bu layihə isə bir neçə ildir ki, həyata keçirilir.

Londondakı İslam Mirası Araşdırmaları Fondundan İrfan Alavi qəzetə deyib ki,keçən həftə 500 yaşı olan Osmanlı sütunlarının qalıqları dağıdıldı.

Onun fikrincə, Məhəmməd peyğəmbərin anadan olduğu bina çox güman ki,ilin sonuna kimi söküləcək.

Kral Abdulla üçün yeni saray tikilməlidir.

Yəqin ki, İndependent qəzeti Məhəmməd peyğəmbərin anadan olduğu evin sökülə biləcəyinə inanmayıb, ancaq qəzetin müxbiri planı özü görüb və o plana Məhəmmədpeyğəmbərin anadan olduğu ev də salınıb.

Qəzet yazır ki, şəhərin bu tikinti planını müstəqil ekspertlər qiymətləndiriblər və narazılıqlar çoxdur,ancaq qorxusundan heç kim plan əleyhinə bərkdən danışa bilmir.

Məhəmməd peyğəmbərin anadan olduğu evin sökülməsinə hökumətin necə gedə bilməsini araşdıran qəzet belə bir izah verir: Səudiyyə Ərəbistanında Vahhabilik təriqəti hakimdir. Bu təriqət hər hansı bir yerə və ya obyektə“müqəddəs” deyib, sitayiş etməyi qadağan edir.

İndependent qəzeti Səudiyyə Ərəbistanı hökumətinin fikrini öyrənməyə çalışıb, ancaq heç kim şərh vermək istəməyib. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol