Menu

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib - Ölən var

23.11.2022, 20:28
Gəncədə 4 nəfər dəm qazından zəhərlənib - Ölən var

Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Musayeva Zəhra Rəsul qızı xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, 2015-ci il təvəllüdlü Musayeva Zeynəb Rəsul qızı, 2018-ci il təvəllüdlü Musayeva Dərya Tural qızı və 2019-cu il təvəllüdlü Musayeva Fatimə Tural qızı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol