Menu

Rusiyalı jurnalist federal axtarışa verilib

24.11.2022, 12:42
Rusiyalı jurnalist federal axtarışa verilib

Rusiyalı tanınmış jurnalist Andrey Karaulov federal axtarışa verilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Karaulovun federal axtarışa verilməsi barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.

Rusiya DİN-nin bazasında yerləşdirilən məlumatda Karaulovun Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, noyabrın 3-də jurnalistin Moskva vilayətində yerləşən bağ evində hüquq-mühafizə orqanlatşrı tərəfindən axtarış aparılıb. Karaulovun adı Rostex-in rəhbəri Sergey Çemezova böhtan atılması ilə bağlı açılan cinayət işində hallanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol