Menu

"Bu il İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub" - BMT

24.11.2022, 16:58
"Bu il İranda 400-dən çox insan edam edilib, 85 uşaq ölüm hökmünə məhkum olunub" - BMT

“İranda bu ilin sentyabrınadək 400-dən çox insan edam olunub”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib.

Onun sözlərinə görə, son 5 ildə ilk dəfədir ölkədə edam edilənlərin sayı 400-ü ötüb.

Ali komissar deyib ki, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam olunub.

F.Türk deyib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir: “Bu il onların ikisi edam edilib”.

Şərhlər

korrektor 2022-11-24 17:42:26

Qadın və uşaq qatili murdar molla rejimi rədd ol cəhənnəmə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol