Aİ ölkələri Rusiya ilə qaz alqı-satqı müqavilələrini ləğv edir
Baxiş sayı:
Dərc olunub:
25/11/2022 - 09:07
Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin energetika nazirləri Rusiya ilə alqı-satqı müqavilələrindən çıxmaq barədə razılığa gəliblər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair bəyanatında deyilir.
Qeyd edilir ki, bu müqavilələr Rusiyadan təbii qazın azı 15 %-ni və ya 13,5 milyard kubmetri almağa imkan verirdi.
Sənədə əsasən, yeni qaydalar Aİ-yə üzv dövlətlər və onların enerji şirkətləri üçün qlobal bazarlarda birgə qaz almağa imkan yaradacaq.
Aİ ölkələri gələn il qaz anbarlarının doldurulması üçün lazım olan 15 %-i başqa mənbələrdən alacaqlar.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.