Menu

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir" - Çavuşoğlu

25.11.2022, 12:05
“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir" - Çavuşoğlu

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

“Report” xəbər verir ki, bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gedib: "Gürcüstan isə strateji müttəfiqimizdir".

Onun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlaırnı azad etməsi yeni fürsətlər yaradıb: “Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol