Menu

Rusiya şirkətlərinin nəhəng borcları

13.11.2014, 17:32

EU-Asem summit in MilanFinancial Times qəzeti yazır ki, Putinin yaxın adamı olan , Rusiya Dəmiryolları dğvlət şirkətinin rəhbəri Yakunin deyib ki, Asiya ABŞ maliyyələşməsini əvəz edə bilməz.

Onun bu sözləri Qərb sanksiyalarından sonra Rusiyanın Çinə yaxınlaşmasına bəslənən ümidlərə kölgə salır.

Yakuninin öz şirkətinə hazırda 60 milyard dollar lazımdır ki,şirkətdə yenidənqurma işləri aparsın.

Yakunin deyib: “Şərqin maliyyə institutlarının Qərbin maliyyələşməsini əvəz edəcəyi fikri həddən artıq şişirdilib”.

Qəzet yazır ki, Çinin Rusiyanın özəl sektorunu maliyyələşdirəcəyi məsələsində hələ uğurlar çox deyil. Çinin Exim bankı Rusiyanın VTB və VEB banklarına 2 milyard dollarlıq, Rosselxozbanka 300 milyon dollarlıq kredit xətti açıb. Çin İnkişaf bankı Rusiyanın Meqafon telekom şirkətinə 500 milyon dollar kredit verməyə razı olub. Bu kreditlərin miqdarı Rusiya şirkətlərinə lazım olan pulla müqayisədə çox deyil, kreditlərin hamısının bir şərti də var ki, əvəzində Çin avadanlığı alsınlar.

Çinin verdiyi pullar Rusiya şirkətlərinə lazım olandan nə qədər azdır?Rosneft dövlətdən 48 milyard dollar istəyir. Şirkət dekabr və fevral aylarında 14 milyard dollar ödəməlidir. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol