Menu

“Saakaşvilinin həyatına sui-qəsd olub” – Eks-prezidentin qanında mərgümüş aşkarlanıb

29.11.2022, 16:06
“Saakaşvilinin həyatına sui-qəsd olub” – Eks-prezidentin qanında mərgümüş aşkarlanıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili noyabrın 28-də məhkəmədə çıxış edə bilməyib. 

“AzPolitika.info” xəbər verir ki, onu müalicə edən həkimlər cəzaların icrası departamentinə siyasətçinin Tbilisidəki Vivamedi klinikasından məhkəməyə gətirilməsini qadağan ediblər. Saakaşvili may ayından bəri bu klinikada müalicə olunur.

Tbilisidə keçirilən məhkəmə prosesində iştirak və çıxış etməyi Gürcüstanın keçmiş prezidentinin özü istəmişdi. Onun bazar ertəsi məhkəmə gətiriləcəyi gözlənilirdi.

Müalicə həkimlərindən biri bildirib ki, o məhkəmə zamanı Saakaşvilinin halının pisləşməyəcəyinə dair məsuliyyəti öz üzərinə götürə bilməyəcək.

Noyabrın 28-də eks-prezidentin vəkilləri Şalva Xaçapuridze və Valeri Gelbaxiani jurnalistlərə deyiblər ki, Saakaşvilinin qanında ölümcül zəhər – mərgümüş aşkar olunub. Bundan əvvəl vəkillər bildirmişdilər ki, Saakaşvilinin qanında ağır metallar, o cümlədən civə aşkarlanıb.

Vəkillər əmin olduqlarını bildirirlər ki, Saakaşvilinin həyatına sui-qəsd edilib və onun xilas edilməsinin yeganə yolu Avropa klinikalarından birinə köçürülməsidir.

Tbilisi məhkəməsi Saakaşviliyə 2005-ci ildə müxalifətçi biznesmen Valeri Gelaşvilini döydürmək ittihamı ilə 6 il iş kəsib. Hazırda Mixeil Saakaşvili daha üç iş üzrə təqsirləndirilən şəxs qismində keçir. Bunlardan ən sonuncu ittiham Saakaşvilinin ötən ilin sentyabrında Gürcüstanın sərhədini qanunsuz keçməsi ilə bağlııdr. O vaxt Saakaşvilini həbs etmişdilər. O özünə qarşı ittihamları siyasi motivli hesab edir.

“AzPolitika.info”

Şərhlər

Eli 2022-11-29 16:52:55

Bu mesele 100 % Putinin ve onun gürcüstanlı milli satqınlarınım işidir.Çünkü Putin bütün gğclü hesab etdiyi reqiblerini müxtelif НКВД üsulları ile aradan götğrüb -öldurtdürub.Yeni onun mükemmel bacardığı iş budur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol