Menu

“Azərbaycan Laçın dəhlizini bağlamağa hazırlaşır” – Separatçılar qorxuya düşüb

30.11.2022, 12:58
“Azərbaycan Laçın dəhlizini bağlamağa hazırlaşır” – Separatçılar qorxuya düşüb

Qarabağdakı separatçı cinayətkar qruplaşmanın rəhbərlərindən biri olan David Babayan yeni iddialarla çıxış edib. 

O, erməni mediasına bildirib ki, Azərbaycan Laçın dəhlizini sərhəddən bağlamağa, Qarabağa hücum etməyə hazırlaşır. Separatçı daha da irəli gedərək Rusiya sülhməramlılarına da hücum olacağını iddia edib.

“Əgər Azərbaycan Laçın dəhlizini bağlasa və ya “artsax”a avtomobillərin giriş-çıxışını əngəlləməyə cəhd etsə, bunun çox ciddi nəticələri, o cümlədən geosiyasi nəticələri olacaq. Buna yol vermək olmaz”, - Babayan deyib.

“AzPolitika.info”

Şərhlər

bilənə ehtiyac yoxdur 2022-11-30 16:55:11

david qorxmur ee qorxudur ki, siz Laçın koridorunu bağlayın görün başuvuza nə gətirərik!

dadaşyev 2022-11-30 14:54:37

Laçın dəhlizi deyə bir şey Sovetin 70 ilində mövcud olmayıb,perestroyka vaxtı moda düşüb.Amma Zəngəzur dəhlizi Sovetin 70 ilində mövcud olub,perestroyka vaxtı qapanıb.İndi necə olur,erməninin mövcud dəhlizimizi 30 ildən çoxdur bağlaması geosiyasi nəticələr doğurmnadı,perestroyka vaxtı mövcud edilmiş qondarma Laçın dəhlizini bağlamağımız geosiyasi hadisəyə çevriləcək?Zəngəzur dəhlizi bağlandığı üçün Laçın dəhlizini də bağlamalıyıq.Nə vaxt açarsınız biz də açarıq.Hörmət hörmətə bağlıdır.Sən mənə necəsənsə mən də elə olmaq zorundayam.

Soltan 2022-11-30 13:32:48

David Babayan, Siz heç nədən qorxmayın. Hətta “milli liderimiz” Əbülfəz Elçibəy hakimiyyətdə olarkən 1992-ci ilin avqustun axırı sentyabrın əvvəlində döyüşçülərimiz Laçın koridorunu bağlamağa 6 km qalmış Ali Baş komandanımız əmr vermişdi ki, hücumu dayandırın və 25 km geri çəkilin. 1992-ci oktyabr-noyabr aylarında ehtiyatda olan komandirlər, o cümlədən, Sovet İttifaqı qəhrəmanı Malik Məhərrəmov, vaxtilə Cəlilabadın raykom katibi olmuş, 3 müharibə iştirakçısı Mürsəlov Ali Baş komandan Əbülfəzin qəbuluna düşüb Laçın koridorunu necə bağlamaq və Dağlıq Qarabağı necə azad etmək yollarını müzkirə etmək istəyirdilər. Əbülfəz onları 2 ay get-gələ saldı və sonda qəbul etmədi. Göndərdi İsa Qəmbərin üstünə. Eybi yoxdur deyib onlar da İsa ilə görüşdülər, fikirlərini dedilər. İsa isə onlara dedi ki, Dünya Laçın koridorunu bağlamağa icazə vermir və Dağlıq Qarabağın da bizə aid edilməsində qərarlı deyillər və s. Heç nədən qorxma David Babayan! Bizimkilər Laçın koridorunu bağlamağa cürətləri çatmaz, xoxdu da gəlirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol