Menu

Bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Prezidentin fərdi təqaüdü verilib

30.11.2022, 16:56
Bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Prezidentin fərdi təqaüdü verilib

Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Əliyev İlham Yaylaqalı oğlu və Musayev Alqış Həsən oğluna “Əməkdar jurnalist” fəxri adı verilib.

Bundan əlavə, Xəlilov Zahid Abdulla oğlu, Şadlinski Vaqif Bilas oğlu və Vəliyev Misirxan İzzət oğluna isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Onlar Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə təltif olunublar.

Şərhlər

Azərbaycanlı. 2022-11-30 18:47:17

Bu adlar tərcümə olunmayıb?Azərbaycanda adlara diqqət etmək vacibdir.Axı belə adlar olmayıb və mənaları da bəlıi deyil.lBu adlar 1992- sərəncamından sonra yaranıb?

t.ədalət 2022-11-30 17:07:12

Siyasi mənsubiyyətə görə verilən adlar həmişəlik olmur.Siyasi partriyalara xidmətin xalqa heç bir dəxli yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol