Menu

“İranda narkotik maddələrin maliyyə dövriyyəsi 3 milyard dollardır” - Nazir

13.11.2014, 18:57
“İranda narkotik maddələrin maliyyə dövriyyəsi 3 milyard dollardır” - Nazir

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli noyabrın 13-də jurnalistlərə açıqlamasında ölkədə narkotik maddələrin satışı ilə məşğul olan şəbəkələrdən danışıb.

“Media forum” saytının məlumatına görə, Əbdülrza Rəhmani Fəzli deyib ki, ölkədə əhalinin böyük bir qisminin narkotik maddələrə aludə olması ciddi narahatlıq doğurur:

“Hazırda İranda narkotik maddələrin maliyyə dövriyyəsinin ümumi həcmi 3 milyard dollardır. Güman edirik ki, islam respublikasının düşmənləri bu miqdarda pulla ölkənin iqtisadi, siyasi, ictimai və mədəni sahələrində istənilən fəsad və təxribat yarada bilər.

Biz yaxın aylarda narkotik maddələrin alış-verişi ilə məşğul olan xırda satıcıları şəhərlərdən yığıb məsuliyyətə cəlb edəcəyik. Lakin hesab edirik ki, bu işlə iri miqyasda və sistemli şəkildə məşğul olan şəbəkələrin qarşısını almasaq, narkotik maddələrə qarşı mübarizə gözlənilən nəticəni verməyəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol