Menu

Almaniya Parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb

30.11.2022, 22:51
Almaniya Parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb

Almaniya Parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb.

APA “Deutsche Welle”yə istinadla xəbər verir ki, Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırımı elan edib.

Qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb.

“Baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı”, - deyə bildirilib.

Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya - Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian

Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol