Menu

“Alibaba” qurucusu Cek Ma Yaponiyada köçüb - Hökumət milyarderin şirkətini 2 milyard dollar cərimələyib

02.12.2022, 10:32
“Alibaba” qurucusu Cek Ma Yaponiyada köçüb - Hökumət milyarderin şirkətini 2 milyard dollar cərimələyib

Çinin ən böyük milyarderi və e-ticarət nəhəngi “Alibaba”nın qurucusu Cek Ma, təxminən altı aydır ki, Tokionun mərkəzində yaşayır.

Böyük Britaniyada gündəlik nəşr olunan “Financial Times” qəzetinin xəbərinə görə, bir vaxtlar Çinin ən zəngin biznes lideri olan C.Ma Çin hökumətinin ölkənin texnologiya sektoruna və ən güclü iş adamlarına qarşı repressiyaları fonunda qonşu Yaponiyaya köçüb.

Ma, 2020-ci ildə Pekinin Çin tənzimləyicilərini tənqid edərək, dövlət banklarını “lombard zehniyyətinə” sahib olmaqda günahlandırdıqdan sonra ictimaiyyətin gözündən itib. Tənqiddən sonra “Ant qrup”u və e-ticarət nəhəngi “Alibaba” bir sıra tənzimləmə maneələri ilə üzləşib.

Çin tənzimləyiciləri “Ant”ın 37 milyard ABŞ dolları dəyərində ilkin kütləvi təklifini ləğv edib və keçən il antiinhisar pozuntularına görə “Alibaba”nı rekord məbləğdə - 2,8 milyard dollar cərimələyib.

“Financial Post”un “Çin Kommunist Partiyasının Çindəki texnokratlara və böyük bizneslərə qarşı hədə-qorxu taktikası” başlıqlı başqa bir xəbərinə görə, ÇKP iri miqyaslı biznes və onların qurucularını qorxutmağa çalışır.

Qəzet yazır ki, partiya dövlətlə birlikdə partiyanın repressiv siyasətini dəstəkləməkdən imtina edən böyük biznesmenlərə qarşı çoxdan gözlənilən repressiyaya başlayıb. Cek Manın vəziyyəti ÇKP-nin məcburedici vasitələrlə qorxutma taktikasından xəbər verir. Bildirilir ki, bu, əvvəllər oxşar narahatlıqlarını dilə gətirən digər biznes sahibləri arasında daim qorxuya səbəb olub. Eyni metodu tətbiq edən Çin bu yaxınlarda “Alibaba”, “Tencent” və digərləri kimi böyük platformalar tərəfindən tətbiq edilən bəzi təcrübələri qanunsuz hesab edən Çin qanunlarına yenidən baxmağa başlayıb.

“Financial Post”a görə, ÇKP deqradasiyaya uğramış Çin firmasına 1 milyard ABŞ dolları məbləğində cərimə tətbiq etmək prosesindədir və bu, indiyə qədər tətbiq edilən ən böyük tənzimləyici cərimədir.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol