Menu

"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!" - MM-in komitə sədri

02.12.2022, 11:29
"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!" - MM-in komitə sədri

"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!"

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa hər zaman ikiüzlülük edib:

“Qətnamənin mətnini oxuyanda müşahidə etdim ki, mətn kopyalanmadır. 30 il ərzində ermənilər işğal etdikləri ərazilərdə daş üstündə daş qoymayıblar. Qarabağda hansı erməni abidəsi var? Təhlükəsizlik məsələsindən danışırlar. 30 ildə 1 milyon qaçqınımız və köçkünümüz oldu. Niyə onların hüquqları ilə bağlı səs qaldırmadılar? Budur sizin demokratiya?!”

Z.Əsgərov əlavə edib ki, Fransa bu günə qədər 5 respublika qurub, amma içini düzəldə bilmədi:

“Yenə düşmənçilik, islamafobiya, türkofobiya, antisemitizm. Niyə qoymursunuz, Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etsin? Nədir məqsədiniz? Bir öz tarixinizə baxın. Azərbaycanı tarixi abidəri dağıtmaqda günahlandırırlar. Hamısı böhtan, yalandır. Vyetnamdan tutmuş Afrikaya qədər 50 ölkəni işğal ediblər. Fransa rəsmi olaraq Afrikanın 14 ölkəsindən öz dövlət büdcəsinə vergi vermələrini məcbur edir. Budur ədalət? Bilin və agah olun, həddinizi aşmayın, Fransa Prezidenti və parlamanti. Bilin ki, Qarabağ Azərbaycandır!”

Spiker Sahibə Qafarova isə qeyd edib ki, azərbaycanlılar heç bir tarixi abidəni dağıtmayıb:

“Azərbaycanlılar 30 il orda olmayıblarsa necə dağıda bilərdilər?!”

Şərhlər

Şahlar Xanlar oğlu Bəylərov 2022-12-02 13:01:00

Qudurub, vəssalam.

Ziiyafət bəyə açıq məktub. 2022-12-02 12:48:35

Maşallah! Transa Prezidenti və Seymi Ziyafər qağanın göstərişi ilə həddini aşmayacaq!Bu xorunma nə demək Makron səndən qorxdu.Seym yeni seçkiyə getdi.....

Millət 2022-12-02 12:34:03

Ziyafət bəy,bunu bizə niyə söyləyirsən? O boyda vəzifən var.Get Fransaya,orada belə söylə,.

Zahir 2022-12-02 12:06:19

Jak Şirak yenə qudurub, amma biz ehtiyatı əldən verməməliyik, ünlü siyasətçilərimizi Allah qorusun, təhlükəli olsa da, öz kəsərli bəyanatları ilə bu fransuzlara və bacılarına həddlərini və yerlərini göstərəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol