Menu

“Bakıda taksilərin sayı həddindən çoxdur” - RİNN

02.12.2022, 12:27
“Bakıda taksilərin sayı həddindən çoxdur” - RİNN

Bakıda taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayı həddindən çoxdur.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) baş mütəxəssisi Rauf Səfərov Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəqliyyat və Logistika Komplesinin İnkişafı” mövzusunda konfransda bildirib.

“Azərbaycanda, təxminən, 40 min taksi olduğunu və bunun 28 mininin Bakının payına düşdüyünü düşünürük. Onların da 90%-i onlayn platformalar üzərindən fəaliyyət göstərir. Halduki, Türkiyənin İstanbul şəhərində bir neçə ildir ki, taksi fəaliyyəti üçün 17 325 ədədlik kvota var. Bakıda taksilərin sayının çox, bu sahəyə diqqətin az olması, sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına gətirib çıxarır”, - o deyib.

“Paytaxtda sıxlığın aradan qaldırılması üçün taksi fəaliyyəti ilə bağlı müəyyən təkliflərimiz var. Bu təkliflər taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi, sərnişindaşınma sahəsində sahibkarlıq mühitinin yaxşılaşdırılmasınəı əhatə edir”, - R.Səfərov əlavə edib.

Şərhlər

Nəqliyyatçı 2022-12-02 12:44:01

Sərnişin daşımalarının strateji xaraktedaşımalarda nəzarətin bir mərkəzdən idarəsi də vacib hallardan olur.,istəər çəhətlərarasıistər beynəlxalq daşımalar bir mərkəzdən təmin və idarə olunur.ziqqətə alan olsa bu daşımaların fərdi əllərə erilməsinin yanlış olduğu ortaya çıxar.Bu daşımalar dövlət nəzarətində olduqda həm nəqliyat vasitələrinin gigiyenik vəziyyəti,həm sürüülərin seçilməsi və reys qabağı tibbi nəzarət önəmli məna kəsb edir.Mlumdur ki, cərnişin nəqliyyatı (taksidən başqa ) dövlət dotasiyası ilə çalışdığından sərnişinlət də qiymət artımlarndan əziyyət çəkmitlər. Əsas isə bu növ daşımaların (istər şəhər daxili,istər şəhərlərarası,hətta beynəlxalqre

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol