Menu

Çeçenistan rəhbəri əl-Şişaninin öldürüldüyünü elan etdi

13.11.2014, 20:24
Çeçenistan rəhbəri əl-Şişaninin öldürüldüyünü elan etdi

Çeçenistan prezidenti Ramzan Kadyrov elan ki, “İslam Dövləti” (İŞİD) yaraqlılarının liderlərindən olan Tarxan Batiraşvili öldürülüb.

Virtualaz.org xəbər verir ki, bu barədə Kadırov noyabrın 13-də İnstagramda yazıb.

“Rusiya və Çeçenistana qarşı çıxan hər kəsin aqibəti belə olacaq”- deyə o, bildirib. Kadırov detallara toxunmayıb.

Batiraşvili Ömər əl-Şişani adı ilə tanınır. Gürcüstanın Pankisi regionundandır, milliyyətcə çeçendir. O, İŞİD-ə qoşulduqdan sonra öz döyüş bacarığı və amansızlığı sayəsində sürətlə məşhurlaşdı.

Faktiki olaraq İŞİD-in hərbi qüvvələrinin əsas strateqinə və komandanına çevrildi. Bu yaxınlarda əl-Şişani İraq və Suriyadan sonra minlərlə tərəfdarı ilə birlikdə Rusiyaya hücum edəcəklərini elan etmişdi.

Sentyabr ayında ABŞ Batiraşvilini terrorçu siyahısına daxil edib.Qeyd edək ki, bundan əvvəl Kadırovun terrorçu liderlərin ölümü haqda verdiyi bəyanatların bəziləri düz çıxmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol