Menu

ABŞ yeni strateji bombardmançı təyyarəsini təqdim edib - FOTO

03.12.2022, 10:50
ABŞ yeni strateji bombardmançı təyyarəsini təqdim edib - FOTO

ABŞ yeni “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təqdimetmə mərasimi bombardmançı təyyarəni istehsal edən “Northrop Grumman” şirkətinin Palmdeyl şəhərində (Kaliforniya ştatı) yerləşən zavodunda baş tutub.

Şirkətin məlumatına görə, “B-21 Raider” dünyada ilk altıncı nəsil bombardmançı təyyarədir. O, həm adi, həm də nüvə silahı ilə təchiz edilmiş sursat daşıya bilər.

Qeyd edilib ki, bu strateji bombardmançı təyyarə təkmilləşdirilmiş “stels” texnologiyası sayəsində ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə biləcək.

Mərasimdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin də iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol