Menu

“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir" - Hərbi administrasiya

03.12.2022, 15:32
“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir" - Hərbi administrasiya

“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O bildirib ki, rusların ciddi müdafiəsinə baxmayaraq, irəliyə doğru hərəkət edilir: “Demək olar ki, hər metr uğrunda döyüşlər gedir. Amma böyük irəliləyişlərin olduğunu demək olmaz”.

"Ruslar kifayət qədər ciddi hazırlaşa biliblər. Əraziyə daha çox tikinti materialları, texnika və yeni səfərbər olunanlar gətirilir. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri yavaş-yavaş irəliləyir”, - o vurğulayıb.

Şərhlər

lala metin 2022-12-03 22:28:18

Luqanskın azad edilməsi Putine yeni il "hədiyyəsi " olardı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol