VOLKOV GÜNAHI ŞOYQUNUN ÜZƏRİNƏ ATDI - "Rusiya MN-nin saytında adlar başqa cür yazılır"

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsi ilə bağlı müraciətinə münasibət bildirib.

Bu barədə “Real TV” xəbər verir.

General-mayor Andrey Volkov deyib: “Bir daha buradan mən elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq.

Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim generalştabın xəritələrində isə adlar sovet dövründə qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə elə də yazırıq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa elə də yazırıq”.

635x100

Şərhlər

ƏNHU 2022-12-03 22:07:14

Həyasız adam saa-sola burcudsa da sonda yenə də dediyini deyir. Deyir ki -biz necə lazımdır elə də yazırıq. Deməli ağqulaqlara belə lazımdır.

Eli 2022-12-03 21:34:49

Gözünün içine kimi yalan danışır,bu ermenilerin ...,yalını alır onlar ne teleb edirlerse onu da deyir ve aldıqlarını da Rusiya müdafie nazirliyindeki ermeniperestlerle bölür.Eger aRusiya MN -de veziyyet normal olsaydı Rusiya Ukraynada qelebe qazanardı daha it günğne düşmezdi.O mzüne arxayındı ki Rusiya onu müdafie edecek başda Rusiya MN olmaqla.Bunlar heç vaxt Haqq Edalet terefdarı olmayıblar ve ola da bilmezler,kökleri qarışıqdır.

Son yazılar