Menu

Dörd iranlı İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək edam edilib

04.12.2022, 18:00
Dörd iranlı İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək edam edilib

İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilinən 4 nəfərə qarşı edam hökmü bazar günü icra edilib. “Report” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

“Bu səhər sionist kəşfiyyat xidməti ilə əlaqəli olan qrupun dörd əsas üzvünə qarşı hökmlər icra edilib”, - açıqlamada bildirilib.

Daha üç təqsirli bilinən şəxs beş ildən on ilədək həbs cəzası alıb. Onlar İranın milli təhlükəsizliyinə zərbə vurmaqda, adam oğurluğunda şərik olmaqda, qanunsuz silah saxlamaqda, İranın nüvə obyektlərində təxribat, o cümlədən iranlı alimləri qətlə yetirməkdə təşkilatçılıqda ittiham olunublar.

Şərhlər

muro 2022-12-04 22:57:34

azərbaycan xarici işlər nazirlyində çoxlu iranpərəstlər, tatlar vardır. heç , onları asan yoxdur... görəsən, xxo-lar hara baxırlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol