Menu

İŞİD lideri əl-Bağdadinin yeni çıxışı yayıldı 

13.11.2014, 20:50
İŞİD lideri əl-Bağdadinin yeni çıxışı yayıldı 

İslam Dövləti təşkilatının lideri Abu Bakr al-Bagdadi Səudiyyə Ərəbistanı daxilində hücumlara çağırıb.

O, Səudiyyə daxilində hücumların hədəfi kimi həm də şiələri göstərir.

Al-Bagdadi adından internetdə yayılan çıxışda deyilir ki, Səudiyyə rəhbərləri “ilanın başıdır”.

Reutersin məlumatına görə, Al-Bagdadinin çıxışında Ərəb dünyası boyunca xilafətin yayılmasına, “cihad vulkanına” çağırılır.

Al-Bagdadi ABŞ-ın İslam Dövləti təşkilatına qarşı apardığı mübarizənin uğursuz olduğunu bildirir.

Reuters bu çıxışın doğrudan da al-Bagdadiyə məxsus olmağının təsdiqini ala bilməyib. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol