Menu

Saratov vilayətində naməlum PUA aerodroma düşüb - Xəsarət alanlar var

05.12.2022, 11:15
Saratov vilayətində naməlum PUA aerodroma düşüb - Xəsarət alanlar var

Rusiyanın Saratov vilayətində naməlum pilotsuz uçuş aparatı (PUA) aerodroma düşüb.

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, dekabrın 5-də səhər saatlarında PUA yerli aerodromun uçuş-enmə zolağına düşüb. PUA iki təyyarəyə ziyan vurub. Hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol