Menu

Gələn il pensiyalar azı 15% indeksasiya ediləcək

05.12.2022, 13:04
Gələn il pensiyalar azı 15% indeksasiya ediləcək

2018-2019-cu illərdə minimum əmək haqqını 130 manatdan 200 manata çatdırdıq. Bu paket bizə 4 milyard manata başa gəldi.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Samir Şərifov qeyd edib ki, hər il pensiyalar üzrə indeksasiya aparılır: “Bu il inflyasiya da var. İnflyasiyanın təsirlərini biz pensiyaçılara kompensasiya etməliyik. Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır. Söhbət 15%-dən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik".

Şərhlər

İqrisadçı 2022-12-05 13:25:54

Bu minimu əmək haqqı nə deməkdir və onun miqdarı hansı nirmativlərlə təyin edilit?Axı bu 200 manat əmək haqqı millətə birbaça təhqirdur! Bunu hansı baş,hansı ağıl müəyyənləşdirir?Bunu qəbul edən Parlament kimin parlamentidir.Oradakı "deputatlar" Azərbaycan reallığından niyə xəbərsizdirlər.yoxsa qulaqları kar,gözləri kor,beyinləri iflicdir! Bu qədər xalqı ələ salmaq olmaz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol