Menu

“Danışıqların intensivliyi rəsmi Bakı ilə Moskva arasında aktiv dialoqun sübutudur” - Bayramov

05.12.2022, 14:12
“Danışıqların intensivliyi rəsmi Bakı ilə Moskva arasında aktiv dialoqun sübutudur” - Bayramov

“Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə deyib.

O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.

“Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq”, - C.Bayramov bildirib.

Şərhlər

t.ədalət 2022-12-05 19:28:23

"Aktiv dialoq"uyn nəticələri Qarabağda bizə qarşı düşmən mövqeyini saxlayan rus hərbiçilərin davranışlarında aydın görünür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol