"Azərbaycan adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar".
"Report" xəbər verir ki, bunu Güney Azərbaycan televiziyasının (GünAztv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.
O bildirib ki, bu, dünyada ciddi sual yarada bilər:
"Hər kəs düşünəcək ki, deməli, bu ölkənin cənubu da var. Biz öz aramızda onsuz da bu addan istifadə edirik. Amma beynəlxalq aləmə də belə tanıtmalıyıq. Biz necə deyəriksə, bütün dünya da elə qəbul edəcək".


Şərhlər
İlk addım Cənubi Azərbaycanın İrandan müstəqilliyini tələb etməsi olacaq,ondan sonra Şimallı-Cənublu Vahid Azərbaycan yaradılacaq ümumxalq referendumuyla.Biz əgər indidən ölkəmizin adını Şimali Azərbaycan deyə dəyişməsək o zaman Cənubi Azərbaycan İrandan müstəqilliyini elan etdiyində onun adı ilkin aşamada necə olacaq?Onun da adı bizdəki kimi sadəcə “Azərbaycan” olammaz ki.”Cənubi Azərbaycan” deyəcəklər.O halda biz ondan sonramı dəyişəcəyik ölkəmizin adını ki,madam ki o “Cənubi Azərbaycan”dır,biz də olaq “Şimali Azərbaycan”?Hətta əgər Cənublu bacı-qardaşlarımız özlərini İrandan müstəqil elan etmədən,yəni dövlət qurmadan biz Həmədana qədər doğma Vətən torpaqlarımızı birləşdirəcəyiksə buna imperialist qüvvələr “sərhədlərin zorla dəyişdirilməsi” prizmasından baxmasınlar deyə öncə orada paytaxtı Təbriz olan “Cənubi Azərbaycan” dövlətinin qurulduğunu elan etməli olacağıq ki,Vahid Azərbaycanı dünyanın qəbul edə biləcəyi sivil formada,referendum yoluyla yaradaq.Federativ Almaniya ilə Demokratik Almaniyanın birləşməsi kimi.Federativ Almaniya qoşunuyla girib almadı ki Demokratik Almaniyanı.İkisi də dövlət idi,amma xalq vahid Almaniyada yaşamaq istədiyini bildirdi deyə iki dövlət birləşdi sivil formada.
Tam yanlış fikirdir.Bir dəli quyuya bir daş atıb indi yüz ağıllı onu çıxaea bilmor misalına bənzəyir.Bir xalqı,bit ölkəni ikiyə bölmək ən azı xainlijdir.Baxın,Şimali və Cənubi Kotrya.Buçların hansı məmnundur? Sanki müharibə şəraitində yaşayırlat.Bu bizə lazımdır?biyə bir ağıllı ortaya çıxıb belə yaramaz fikir ortaya atan QQüdrətlərin cavabını vermit? Bu ayrıseçkilik düşüncəsinin zərərlərini anlayan tapılmır ? Bu rusbaşların yaramaz təklifini ortaya atmaq kimlərə xismət edir?