“KTMT-dən çıxmaq barədə danışmamışıq” - Ermənistan parlamentinin sədri

“Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə danışmayıb”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasında bildirib.

A.Simonyan təşkilatın Ermənistana münasibətindən narahat olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, KTMT-dəki bəzi müttəfiqlərinin rəsmi bəyanatları Ermənistanda təşkilata ictimai münasibətin ciddi dəyişikliklərə məruz qalmasına səbəb olub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olduğu dövrdə ölkəsinin bu təşkilatdan çıxmasını təklif etmişdi. O, təşkilatın İrəvanda keçirilən sonuncu sammitində isə yekun sənədi imzalamaqdan imtina edib.

635x100

Şərhlər

Moshu 2022-12-06 10:57:04

Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasında bildirib ki, Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə danışmayıb. Aman Allah, bu millət nə qədər sırtıq, sürtük olar. Bütün dünya yazdı ki, Paşinyan Ermənistandakı müqaviləyə qol çəkməyib, imzalamaqdan imtina edib. Bunu Ermənistan saytları da yazdı. İndi bu çoşka bu faktı təkzib edir, bütün dünya da bu “utkalar”a inanır. Maksim Şevçenko bu yaxındakı müsahibələrindən birində qeyd etmişdi ki, Paşinyan şəxsən Vladimir Putini qarşılamaq üçün hava limanına gəlib və onun maşınında görüş yerinə gəliblər. Onun dediyinə görə hazırda Paşinyanın mövqeyi zəiflədiyinə, onun Qərbə meylli olduğuna görə Putin özü məsləhət görüb ki, Paşinyan müqavləyə imza atmaqdan imtina etsin, yoxsa Paşinyanda haradandır “DÖVLƏT TƏMİNATI” ki, (Allah Yaşar Nuriyevə rəhmət eləsin) Putinin qarşısında şıllaq atsın. Siyasət çox axmaq şey imiş.

Moshu 2022-12-05 23:08:35

Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasında bildirib ki, Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə danışmayıb. Aman Allah, bu millət nə qədər sırtıq, sürtük olar. Bütün dünya yazdı ki, Paşinyan Ermənistandakı müqaviləyə qol çəkməyib, imzalamaqdan imtina edib. Bunu Ermənistan saytları da yazdı. İndi bu çoşka bu faktı təkzib edir, bütün dünya da bu “utkalar”a inanır. Maksim Şevçenko bu yaxındakı müsahibələrindən birində qeyd etmişdi ki, Paşinyan şəxsən Vladimir Putini qarşılamaq üçün hava limanına gəlib və onun maşınında görüş yerinə gəliblər. Onun dediyinə görə hazırda Paşinyanın mövqeyi zəiflədiyinə, onun Qərbə meylli olduğuna görə Putin özü məsləhət görüb ki, Paşinyan müqavləyə imza atmaqdan imtina etsin, yoxsa Paşinyanda haradandır “DÖVLƏT TƏMİNATI” ki, (Allah Yaşar Nuriyevə rəhmət eləsin) Putinin qarşısında şıllaq atsın. Siyasət çox oğraş şey imiş.

Son yazılar