Kreml indi də Litvinenkonun oğlunu təqib etdirir – Müharibəyə aparmaq istəyiblər

Rusiyada DTK və FTX-nin keçmiş əməkdaşı, Londonda Kremlin sifarişi ilə öldürülmüş (2006) Aleksandr Litvinenkonun oğlu Anatoli Litvinenkonu ələ keçirməyə cəhd ediblər.

Bu barədə Anatoli «The observer» nəşrindəki müəllif sütünunda danışıb («UNİAN»).

“Təxminən oktyabrın ortalarında, demək olar Putin qismən səfərbərlik elan edəndən bir ay sonra mənim adıma qeydiyyatdan keçmiş rəsmi yaşayış yerimin qapısını döyüblər”.

Litvinenkonun sözlərinə görə, onun mənzilinə Rusiya Federasiyası hərbi komissarlığının iki əməkdaşı gəlib və onun mənzildə yaşayan dostlarından soruşublar ki, evdədirmi o. Onlar cavab veriblər ki, o, artıq 20 ildir ki, burada yoxdur.

Anatoli qeyd edib ki, səfərbərliyə cəlb olunması cəhdinə çox təəccüblənib, axı onun ailəsi və hakimiyyət arasında münasibət ideal olmayıb - Putinin 2000-ci ildəki gəlişindən sonra.

«Nəticədə, mən gözləyirəm, müəyyən şəxslərin siyahısındayam ki, onları Ukraynanın şərqinə göndərmək istəyirlər - ətlik mal kimi» - Litvinenko deyir. O, əlavə edir ki, bu tarixçə onu haldan salır, çünki Rusiya Federasiyasında onun ailəsini yaxşı tanıyırlar: onlar Rusiyadan necə qaçıblar, Britaniyadan necə siyasi sığınacaq istəyiblər və onlar anası ilə birlikdə atasının yavaş-yavaş və əzablı ölümünün şahidi olublar.

«Və yenə də buna baxmayaraq, hərbi administrasiya 20 ildir yaşamadığım bu ünvana gəlib və tam səmimiyyətlə çalışıb ki, məni cəbhəyə aparsınlar» - Anatoli deyir.

Litvinenko ehtimal edir: o, həmin məqamda evdə olsaydı əşyalarını yığmaq üçün ona 30 dəqiqə vaxt verərdilər ki, evdən çıxsın və mümkündür ki, bir daha geri qayıtmasın.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar