Bakıda avtobus qəzası baş verdi

Bakının Maştağa qəsəbəsində Zabrat hava limanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəzada 172 nömrəli marşrutda işləyən 90-JF-715 avtobus da iştirak edib.

Daşıyıcının verdiyi məlumata görə, qəza minik avtomobilinin qəflətən geri dönmə manevri etməsi nəticəsində baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar