“Təəssüf ki, bölgəmizdə vəziyyət gərgin olaraq qalır”.
“AzPoltika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Qeyd etmək istəyirəm ki, bizim regionda təbii ki, əsas məsələ Qarabağ nizamlanmasıdır. Təəssüf ki, biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük. Mən əminəm ki, siz Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından xəbərdarsınız. Qarabağda bununla bağlı böyük narahatlıq var. Ümid edirəm ki, bu gün biz regional təhlükəsizliyin bütün məsələlərini müzakirə edə biləcəyik”, - Paşinyan bildirib.
“AzPolitika.info”


Şərhlər
Bu gün 10.12 (1948) İnsan aləminin Hüquq günüdür! Bunu, 1987ci ildən Ermənistanda və Azərbaycanın iki Qarabağ ərazisində doğulma insan hüquqlarını ağır hərbi etnik soyqırım terroru nəticəsində itirmiş milyonlarla azərbaycanlılara şamil etmək olarmı?
Əgər əvvəlki qurum ləğv olunubsa,artıq "muxtar vilayət" yoxdursa,onda paşik Qarabağda hansı nizamlanmadan danışır?Bizim arxivlərdə sovet dövründə Qarabağda yaşayan ermənilərin siyahısı var.Odur ki,oraya yeni erməni adları əlavə etmək mümkün deyil.