Menu

Aİ-nin Azərbaycandakı nümayəndəsi Zəngilana səfərə gedib

10.12.2022, 09:52
Aİ-nin Azərbaycandakı nümayəndəsi Zəngilana səfərə gedib

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zəngilana və Qubadlıya səfərə gedib.

APA-nın xəbərinə görə, diplomat bu barədə Tvitterdə məlumat verib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından foto paylaşan səfir qeyd edib ki, bu gün Zəngilan və Qubadlıya baş çəkəcək, Ağalı kəndində olacaq. Səfər Bakı-Zəngilan reysi ilə həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol