Menu

Pakistanda bazarda bomba partlayıb - Bir nəfər ölüb, altı nəfər yaralanıb

10.12.2022, 23:35
Pakistanda bazarda bomba partlayıb - Bir nəfər ölüb, altı nəfər yaralanıb

Pakistanın cənub-şərqində yerləşən Bəlucistan vilayətinin Avaran bölgəsində bazarda bomba partlaması nəticəsində 1 nəfər ölüb, azı 6 nəfər yaralanıb.

Bu barədə “Report” “CBC News”a istinadən xəbər verir.

Pakistanlı polislər terror aktının bəluclu separatçılar tərəfindən həyata keçirildiyini bildiriblər.

Amma indiyədək heç bir terror təşkilatı bu hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol