Menu

Bakıda yataqxanada yanğın olub, 3 nəfər xilas edilib

11.12.2022, 00:48
Bakıda yataqxanada yanğın olub, 3 nəfər xilas edilib

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 3 nəfər xilas edilib. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

t.ədalət 2022-12-11 10:53:54

Yataqxanaları,adətən MTK sahibləri yandırırlar.şYataqxanaların yerində bina tikmək asan başa gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol