Menu

BƏƏ və İsrail hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya ediblər

11.12.2022, 16:25
BƏƏ və İsrail hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya ediblər

BƏƏ və İsrail hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya ediblər. "Report" xəbər verir ki, bu barədə BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi tviterdə bildirib.

Saziş malların 96%-i üçün tarifləri ləğv edəcək və ya azaldacaq.

Nazirin sözlərinə görə, sənəd sənaye və xidmət sektoruna əhəmiyyətli təkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol