“İRANİADA”: səbət deşiyindən “gilas tökülür”

Mirzə AĞ

Fars mollaları boş başına ən iri əmmaməni keçirməklə, hesab edirlər ki, ağızlarına gələni bayıra «ifraz» edə bilərlər və bu axmaqlığa görə cavab verməli deyillər. 

Məsələn, çörəyi ölü basdırmaqdan çıxan müftəxor və sifəti künəsindən qırmızı fars mollacıqları hər yas məclisində yeri gəldi, ya gəlmədi, zəvzəyirlər ki, guya yerin altında «cinni-cəfər»in 80 minlik qoşunu hazır dayanıb və məqam gözləyir ki, torpaq altından «zühur etsin», bütün kafirləri qırıb-çatsın. Gerçəkdə isə bu axmaq mollalar əl altından kafirləri silahlandırır və zavallı «cinni-cəfər»in qarşısına çıxarır. Sonucda isə baş molla (yəni «Fərmandeh») yazıq günə salınmış Cəfərə bir «dəhşət namazı» (onlar buna «vəhşər namazı» deyirlər) qılıb, tələsik torpağa gömür ki, görən olmasın…

Buradan belə nəticə çıxarmaq olar ki, iranlısansa, fars mollasısansa nə istəsən danışa bilərsən və hamı da sənə qulaq asmağa borcludur. Nədən ki, qulaq asmasan, «xortdan» gəlib səni dişləyər - yoluxarsan. Bu cür axmaq nağıllara baş qoşan bəzi «yevlaxlı müəllimlər» də qorxu altında körpələrə «Fərmandeh» nəğməsi məşq elətdirirlər və bu zaman fərqinə də varmırlar ki, xaraba qalmış farsistandakı son iğtişaşlar zamanı molla rejimi 500 nəfərə yaxın etirazçını qətl edib. Baş molla da ölənlərə «fatihə» verməkdən həzz alır…

Amma «avam yevlaxlılar» heç fərqinə də varmırlar ki, ayə, nə üçün baş mollanı hərdənbir «Pərmandeh» (erməni ləhcəsində!) adlandırırlar - çünki baş mollanın nəzərincə, erməni və fars «etnik qardaşdırlar». Belədə, məntiqi sual yaranır: Baş molla «Fərmandeh»dir, yoxsa «Pərmandeh»? Axı katalikos övladı «f» hərfini tələffüz edə bilmir…

Bir sözlə, İran mollalarının cəfəng uydurma və yalanlarını anlamaq üçün heç uzaqlara baş vurmadan, ingilis yazıçısı Ceyms Moriyerin «İsfahanlı Hacıbabanın macərəları» romanını vərəqləyib də fars molla rejiminin xilafi-fəlsəfəsinə tüpürmək kifayət edər, zənnindəyəm…

Sözümün canı budur ki, Qacar səltənətini xəyanət yolu ilə ələ keçirmiş bir qrup molla - «əcinnə övladı» bu zəngin ölkəni (türkün əsərini) amansızlıqla istismar etdikcə, gözünü qan örtür və ətrafda baş verənləri vecinə almır. Buna türklərdə «qudurğanlıq» deyərlər. Qudurmuş və İran əhlinə qənim kəsilmiş bu boş başlı əmmaməlilər «zülmət dövranı»nın ömrünü uzatmaq üçün hər yoldan ötən yaramazla, kafirlə və s. ittifaqa girməklən çəkinmirlər və ölkədən taladıqlarını İslam düşmənləri ilə səxavətlə bölüşürlər. Məsələn, İslam dünyasının bir hissəsi olan Azərbaycanla mübarizəyə qalxmış ermənilərə qucaq açmaq fars molla rejiminin gündəlik məşğuliyyətinə çevrilib, amma bu bu azlıq edirmiş kimi, molla rejimi indi də Rusiya cəmiyyətlərinə üz çevirir və bu ölkənin insanlarına yalan üfürməkdən çəkinmir. 

Məsələn, yalan danışmaq və boğazdan yuxarı zəvzəmək adətinə yoluxmuş molla rejiminin, necə deyərlər, baş mollası (guya prezidenti) cənabi Rəisi indi də Rusiya cəmiyyətinə üz tutaraq, utanmadan-məsuliyyətinə varmadan deyib ki, guya «İslam və digər dinlər Rusiyada bizim əməkdaşlığımız üçün imkanlar yaradır». 

Bu sözləri deyərkən, riyakarcasına İslam dininin humanist imkanlarından bəhrələnməyə cəhd göstərən baş molla erməniyə, rusa və s. silah-sursat ötürməyi, hətta bağışlamağı qarşıya məqsəd qoyur. Məsələn, son vaxtlar molla rejiminin erməniləri silahlandırması, onlara hər cür köməklik göstərməsini, hətta məlumatlara görə, Ermənistana 600 ədəd raket bağışlamasını önə çəkmək olar. Məsələnin isə «qıdıqlı» tərəfi ondan ibarətdir ki, erməni İslam düşmənidir və 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb, kəndlərini, şəhərlərini yerlə yeksan edib, insanlarını məcburi köçkünə çevirib, təbiətini ekoloji terrora məruz qoyub! 

Amma molla rejimi heç fərqinə də varmır ki, Azərbaycan İslam dünyasının bir parçasıdır. Unutmaq olmaz ki, erməni ilə qucaqlaşan qeyrətsiz və riyakar molla İslam dünyasının gözlərinin içinə yalan danışır və bu zaman həya etmədən İslam adından çıxış edir.

İran mollalarının bu riyakarlığı artıq Azərbaycan cəmiyyətini bezdirib, iyrəndirib - artıq səbr kasamız dolub və İranın riyakarlığına şərik olmaq istəmirik!

Qısası, İran mollalarının bu cür xəyanətini bütün İslam dünyasının diqqətinə çatdırmağın vaxtıdır. Nədən ki, bu kütbeyin rejim artıq bəd xassəli «şiş» kimi metastaz verib - bəşəriyyətin qollarına vurulmuş qandala çevrilib. Bu qandaldan ilk olaraq, Güney Azərbaycan qurtulmalı - Vətənimiz bütövləşməlidir. Bu savşda hər birimiz bir mücahidik, bunun başqa adı yoxdur…

635x100

Şərhlər

Elmira 2022-12-13 10:33:06

Tamamilə düzdür! Fars və erməni etnik qardaşdırlar! Onu erməni tarixçi yazar Raffi öz romanında "Samvel" yazıb! Ermənilər 60-cı illərdə bu romanı hər yerdən yığışdırırdılar!

Roma 2022-12-13 10:15:07

erməni açıq düşməndir və bunu gizlətmir, rus da düşməndir bunu bir qədər gizlətsə də başı kolda dalı çöldə bilinir, görünür...ən dəhşətlisi İrandır, guya müsəlmandır, islamdır və azərbaycanlıların dünyada ən çox yaşadığı ölkədir, ancaq onların da hüquqlarını fars-molla rejimi tapdayır, erməniyə hər cürə yardım edir və s...bax budur İranın iç üzü...ali dini rəhbərləri, milliyyətcə azərbaycanlı, xameneyi, məşhur inqilabçı Səttərxan və Bağırxanın davamçısı olmuş Xiyabaninin qaynı oğludur, ancaq bununla belə paşinyanı bağrına basır və dediyim kimi, onlara hər cür dəstək verir, gorun çatlasın Şeyx Məhəmməd Xiyabani, bu cürə əbləhə görə...???????????

Son yazılar