Menu

“Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılmasında qətiyyətliyik” - Ərdoğan

13.12.2022, 20:55
“Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılmasında qətiyyətliyik” - Ərdoğan

“Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması məsələsində qətiyyətlə hərəkət edəcək”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, Türkiyə Suriyanın şimalınn ölkəsinin torpaqlarına mütəmadi hücumlara səssiz qala bilməz.

“Ölkəm terror təhlükəsi altındadır. Biz heç kimdən icazə istəməyəcəyik”, - Ərdoğan söyləyib.

Onun sözlərinə görə, bu mövzu Rusiya ilə də müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol