Rusiya prezindenti Vladimir Putin illik Davos sammitinə qatılmayacaq.
AzadlıqRadiosu rus xidmətinin məlumatına görə, Prezident Adminstrasiyasının mətbuat katibi Dmitriy Peskov deyib ki, Putinin yanvar ayı üzrə qrafikində Davos səfəri nəzərdə tutulmayıb və bu səfərə hazırlıq aparılmır:
"Rusiyanı Davos sammitində kimin təmsil edəcyini bilmirəm", o bildirib.
Bloomberq agentliyi məlumat yaymışdı ki, ABŞ-ın və Avropa Bilriyinin sanksiyalarına baxmayaraq Putinə dəvətnamə göndərilib.
Baş nazir Dmitry Medvedevin də Davos səfərindən imtina etdiyi bildirilir.
Rusiya nümayəndə heyəti Dünya iqtisadi Forumda 1987-ci ildən iştirak edir. Putin bu forumda 2009-cu ildə baş nazir statusu ilə qatılıb.
Növbəti forum 2015-ci il yanvarın 21-24-də keçiriləcək. /AzadlıqRadiosu


Şərhlər