Menu

Rusiyada iqtisadi artım analitikləri çaşdırıb

14.11.2014, 10:37
Rusiyada iqtisadi artım analitikləri çaşdırıb

Rusiya iqtisadiyyatı 2014-cü ilin üçüncü rübündə analitiklərin proqnozlaşdırdığı göstəricinin üzərində geriləyib.

Rusiya Federal Statistika Xidmətinin açıqladığı məlumatlara görə, ölkədə ümumi daxili məhsul keçən ilin eyni dövründəki 0.8%-lik artımın ardından bu il 0.7% artıb. İqtisadçıların təxmini isə 0.3% idi.

Üç rüb ardıcıl geriləyən iqtisadi artım, Rusiya iqtisadiyyatının 2009-dakı böhrandan bu yana ən aşağı temp ilə böyüdüyünü göstərir. Son 3 ayda dünyanın ən çox dəyər itirən pul vahidinin öhdəsindən gəlməkdə çətinlik çəkən Rusiya Mərkəzi Bankı, gələn il iqtisadi artımın 0 ola biləcəyini açıqlayıb.

“Micex” İndeksi məlumatın açıqlanmasından sonra aşağıya hərəkət etməyə davam edib. Rubl isə dollar qarşısında 1.4% dəyərdən düşüb.

Qeyd edək ki, Rusiya iqtisadiyyatının geriləməsinə neftin qiymətlərinin aşağı düşməsi və sanksiyalar səbəb olur. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol