Menu

“9 NOYABR SAZİŞİNƏ GÖRƏ QARABAĞ AZƏRBAYCANINDIR” – Ermənistanın sabiq Baş Qərargah rəisi

14.12.2022, 15:57
“9 NOYABR SAZİŞİNƏ GÖRƏ QARABAĞ AZƏRBAYCANINDIR” – Ermənistanın sabiq Baş Qərargah rəisi

“Xankəndi-Gorus yolunun bağlanması 9 noyabr (10 noyabr-red.) sazişinin reallaşdırılmasıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın sabiq Baş Qərargah rəisi general Movses Akopyan erməni mətbuatına açıqlamasında söyləyib.

Erməni general bildirib ki, 2020-ci il 10 noyabr razılaşması Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyıb, ona görə də Xankəndi-Gorus yolunun azərbaycanlılar tərəfindən bağlanmasına təbii baxmaq lazımdır: “Vəziyyət həyəcanlıdır, lakin fikrimcə, danışıqlar nəticəsində yolu açmaq mümkün olacaq. Heç kim Ermənistan tərəfi ilə hesablaşmır, o cümlədən qismən “artsax hakimiyyəti” də. Burada 9 noyabrda imzalanmış sənəd öz sözünü deyir. Həmin sənədə görə “artsax” Azərbaycanın tərkib hissəsidir. Lakin hər şeyi dəyişmək mümkündür. Mən deyə bilmərəm ki, kim və necə buna nail ola bilər...”

Akopyan əlavə edib ki, hazırda ermənilərin səyləri mənasızdır və qondarma qurum rəhbərliyinin Xankəndi-Gorus yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının toplantısını tələb etməsi də heç bir nəticə verməyəcək.

“AzPolitika.info”

Şərhlər

33n 1987yə qədər İrəvan sakin 2022-12-14 21:18:26

General 10.11.2020 tarixli razılaşmanın sülh ümidin 2 il sonra, zamanında soyqırım terroru cinayətinə adekvat cəza almamış DQMV və RF kontingenti ilə əlavə müdafiə olunan uydurma *Artsax* millətçilərinin *quduzlaşma*sından narahatlıq deyilmi?

korrektor 2022-12-14 19:02:31

fikrimcə əgər ermənistan Qarabağda separatçılıqdan əl çəkməsə yeni geopolitikaya əsasən ondan böyük dövlətlər tərəfindən udularaq bir dövlət kimi yoxa çıxacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol