Bərdədə polis əməkdaşı şəxsi avtomobili ilə qəza törədib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "AzPolitika"ya verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə qəflətən yola çıxan piyada, 1961-ci il təvəllüdlü ikinci qrup əlil Surxay Şahbazovu vurub.
Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Xəsarət alan şəxs xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər