Menu

ABŞ Senatı Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib

14.12.2022, 17:41
ABŞ Senatı Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib

ABŞ Senatı (Konqresin Yuxarı Palatası) Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, 2019-cu ildən ABŞ-ın Ukraynada səfir işləyib. 2016-2019-cu illərdə rəsmi Vaşinqtonun Fransadakı səfirinin iqtisadi məsələlər üzrə müavini olub.

K.Kvin diplomatik xidmət ərzində ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik missiyalarında müxtəlif vəzfələrdə çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol