Menu

Kosovo Aİ-yə üzvlük üçün ərizə imzalayıb

14.12.2022, 18:27
Kosovo Aİ-yə üzvlük üçün ərizə imzalayıb

Kosovo Avropa İttifaqına üzvlük üçün ərizə imzalayıb

APA xəbər verir ki, bu barədə Kosovo Prezidenti Vyosa Osmani “Twitter“də yazıb.

Ərizəni Kosovo Prezidenti, hökumət başçısı və parlamentin spikeri imzalayıb.

Ərizəyə Aİ-dən hələlik heç bir reaksiya verilməyib. Aİ üzvlərindən İspaniya, Kipr, Yunanıstan, Slovakiya və Rumıniya Kosovonun müstəqilliyini tanımayıb.

Xatırladaq ki, Serbiya Aİ-nin bu beş ölkəsinə, həmçinin Macarıstana bu təşəbbüsün qarşısını almaq üçün müraciət edəcəyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol