"Əbu-bəkr" məscidinin şeyxi Qamət Süleymanov Sumqayıt vəhhabilərinin lideri Zöhrab Şıxəliyevin polis tərəfindən saxlanılmasına münasibət bildirib.
Q.Süleymanov virtualaz.org-a açıqlamasında Zöhrab Şıxəliyevi tanıdığını və onun saxlanılmasına təəccübləndiyini deyib.
“Zöhrabla tanışlığımız var. Əslində o elə adam deyil. Onun tutulması xəbərini eşindəndə çox təəccübləndim. Çünki o heç vaxt hakimiyyətə qarşı çıxmayıb. Əksinə, hakimiyyətə qarşı çıxanları tənqid edib. İndi bizim, məsələnin mahiyyətini anlamaq üçün, vaxta ehtiyacımız var”, - deyə Qamət Süleymanov bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.


Şərhlər