Menu

Pakistan Cənubi Asiyada 2-ci ən bahalı ölkədir – Asiya İnkişaf Bankı

15.12.2022, 16:12
Pakistan Cənubi Asiyada 2-ci ən bahalı ölkədir – Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı (AİB) Pakistanı Cənubi Asiya regionunda ikinci ən bahalı ölkə elan edib.

“The İnternational News” xəbər verir ki, Asiya İnkişaf Bankı (AİB) 2022-ci il üçün proqnozunu açıqlayıb və Pakistanda inflyasiyanın yaxın aylarda yüksək səviyyədə qalacağını, Pakistan rupiyasının dəyərinin daha da aşağı düşə biləcəyini proqnozlaşdırıb.

Yerli KİV-də yer alan məlumatlarda Pakistanda inflyasiyanın 26,6 faiz təşkil etdiyi qeyd olunur.

AİB-nın proqnozlarına görə, Pakistanda enerjinin bahalaşması ehtimalı var və Cənubi Asiyada iqtisadi artım tempi daşqınlar səbəbindən yavaşlayıb. Bura Pakistan və Banqladeşdəki daşqınların iqtisadi artıma təsir etdiyi də əlavə edilib. Hesabatda daha sonra bildirilib ki, daşqınlar Pakistan iqtisadiyyatına, kənd təsərrüfatına, xüsusilə taxılşılığa və heyvandarlığa böyük ziyan vurub.

Asiya İnkişaf Bankı (AİB) Pakistan üçün yenidən işlənmiş real ÜDM artımını və inflyasiya hədəfini açıq-aydın olmadığı üçün paylaşmadan, daşqınların yüksək inflyasiya, sərt pul siyasəti və əlverişsiz qlobal mühitlə birlikdə iqtisadi artımı ləngidə biləcəyini bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol