Menu

"Real danışıqlarla bağlı Rusiyanın ciddi mövqeyini görmürük" - ABŞ kəşfiyyatının rəhbəri

17.12.2022, 12:31
"Real danışıqlarla bağlı Rusiyanın ciddi mövqeyini görmürük" - ABŞ kəşfiyyatının rəhbəri

“ABŞ Ukraynadakı durumla bağlı real danışıqlar barədə Rusiya rəhbərliyində ciddi mövqe görmür”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns deyib.

O bildirib ki, əksər münaqişələr danışıqlarla yekunlaşır: “Bunun üçün Rusiyadan ciddilik tələb olunur və biz hələ bunu görmürük. Ən azından bizim qiymətləndirmələrimiz onu deməyə əsas verir ki, Rusiya hazırkı mərhələdə bu münasibəti ortaya qoymur”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların şərtini açıqlamışdı. O bildirmişdi ki, bunun üçün əvvəlcə Rusiya Ukraynanın işğal altında olan bütün torpaqlarından çıxmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol