Menu

66 yaşlı kişi dəm qazından boğulub

17.12.2022, 19:15
66 yaşlı kişi dəm qazından boğulub

Şirvan şəhərində dəm qazından boğulma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri "bağ evləri" adlanan ərazidə qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Lazım Mansurov evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol